
5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən xəbərə görə, Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə baş verən hadisə nəticəsində zəhərlənən məktəblilərin 8-i təcili yardım, 2-si sonradan valideynləri vasitəsilə gətirilib. Şagirdlərdən 5-i qız, 5-i oğlandır.
Bunlar Kərimli Züleyxa (2006), Məmmədov Cavid (2005), Həsənov Elşad (2006), Haciyeva Fatimə (2006), Yusifov Səyyad (2006), Rəsulova Nəzrin (2005), Şamilov Kənan (2006), Nuruzadə Cavad (2006), Tahirova Fidan (2006), Rəhimzadə Rüqəyyadır (2006).
Məktəblilərin və valideynlərin bildirdiklərinə görə, qida zəhərlənməsi şirniyyatdan olub. Belə ki, uşaqlardan birinin ad günü münasibətilə alınan pirojna V sinifdə paylanıb. Nəticədə şirniyyatdan qida zəhərlənməsi qeydə alınıb.