
AİHM-nin açıqlamasında deyilir ki, 409 nəfər iddiaçı kimi çıxış edib. Onların arasında girov və zərərçəkmişlər, həmçinin vəfat edənlərin qohumları də var. Avropa Məhkəməsi iddiaçıların İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 2 maddəsinin pozulduğunu haqda fikri ilə razılaşıb. Əlavə 88 min avro da məhkəmə xərclərinə görə ödəniləcək.
Iddiaçıların fikrincə, dövlət həyatı təhlükədə olan vətəndaşların müdafiəsi ilə bağlı üzərinə düşəni etməyib. Həmçinin hadisə lazımı səviyyədə araşdırılmayıb.
Məhkəmənin qərarında deyilir ki, hakimiyyət terrorun hazırlanması ilə bağlı yetərincə məlumata malik idi. Həmçinin dəqiq ekspertiza aparılmayıb və terror qurbanlarının əsl ölüm səbəbi açıqlanmayıb.