Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Sankt-Peterburq metrosunda partlayış: 10 ölü, 47 yaralı – CANLI YAYIM (YENİLƏNİR)

Rusiya səhiyyə naziri Veronika Skvortsova Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayını açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazir bildirib ki, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

* * *

Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölən və yaralıların sayını açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MAK partlayış nəticəsində 9 nəfər öldüyü, 20 nəfər yaralandığını təsdiqləyib.

Qeyd edək ki, bəzi mənbələr partlayış nəticəsində 10 nəfərin öldüyü, 50 nəfərin yaralandığı barədə məlumat yayıb.

* * *

Sankt-Peterburq metrosunda partlayış nəticəsində yaralananların təxliyə edilməsi prosesi başa çatıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, əməliyyata helikopterlər cəlb olunub.

Sankt-Peterburq qubernatorunun mətbuat katibi Andey Kibitov bildirib ki, hadisə nəticəsində 50 nəfər yaralanıb.

Milli Antiterror Mərkəzindən isə hadisə nəticəsində ölənlərin və yaralananların olduğunu təsdiqləyiblər, lakin rəqəm açıqlanmayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış nəticəsində çoxlu sayda yaralanan var. Onların sözlərinə görə, partlayış qatar hərəkətə başlayan zaman baş verib.

Hadisə şahidi Yuliya Vareyeva bildirib ki, partlayış nəticəsində vaqonun döşəməsinin lyuku yerindən çıxıb və sonra tüstülənmə başlayıb.
Qeyd edək ki, Peterburq metrosunda stansiyalar bağlanıb.

* * *

“AzPolitika”nın məlumatına görə,  partlayışda 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım maşınları gəlib.

İnterfaks agentliyi partlayışda qəlpələnən bombadan istifadə olunub

* * *

Rusiyanın Sankt Peterburq şəhərində Sadovaya metro stansiyasında partlayış baş verib.

Partlayış yerindən şəkillərdə xəsarət alan insanların platformada yerə sərildiyi görünür.

Xəbər yenilənir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir