“Azərbaycanda vicdan məhbsularının, xüsüsilə dindarların hüquqlarının təşkili zəif və təsirsizdir”

Hüquq elmində cinayətin təsir imkanlarına görə cəza təyin olunur. Biri toyuq oğurlayır, biri isə silahın tətiyinə bir toxunuşla qatil olur. Fiziki baxımdam toyuq oğurlayan daha çox enerji sərf etsə də, ona daha az cəza verilir. Hakimiyyət məhbusları sanki təbəqələrə bölüb. Bu bölgü ilk deyil. Cəmiyyətdə insanların əqidəsinə, peşəsinə, hətta bölgələrə görə bölündüyü hamıya məlumdur. İnsanlar vətəndaş olaraq birgə yaşasalar cəmiyyəti idarə etmək xeyli çətinləşər və xüsusi idarəetmə bacarığı tələb olunar. Bu zaman ayrı-ayrı məmur özbaşınalığına rast gəlmərik. Düşünürəm ki, siyasi və vicdan məhbuslarının tam olaraq azad edilməsini hökumət özünə qarşı riskli addım hesab edir.
Siyasi məhbuslarla bərabər vicdan məhbusları da mövcuddur. Yəni dini inancına və əqidəsinə görə hətta ölkədə dini lider ola biləcək şəxslər həbs olunublar. Amma bu qəbil məhbuslar azad olunmadı. Səbəb nədir, vicdan məhbusları hakimiyyət üçün daha çox təhlükə yarada bilərlər, yoxsa başqa səbəblər var?
Bir qədər əvvəl dediyim kimi insanları müxtəlif təbəqələrə bölüb idarəetməni asanaşdırmaq istəyir hakimiyyət. Digər tərəfdən Azərbaycan cəmiyyətində dini təşkilatlanma xeyli zəifdi. Bunun bir çox səbəbləri ola bilər. Hər halda cəmiyyətdə insanlar əqidəsinə görə fərqlənirlərsə bu, çox pis haldır. Ümid edirəm ki, insan haqları və azadlıqları uğrunda mübarizə aparan hər bir kəs alqışlanmalı və müdafiə olunmalıdır. Hüquq müdafiə təşkilatları bu sahəyə daha çox diqqət ayırmalıdırlar.