Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Azərbaycanın 4 qadın güləşçisi Avropa çempionatında mübarizəni dayandırıb

Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulublar.
48 kq, 55 kq, 60 kq və 69 kq çəkidə yarışan Azərbaycan təmsilçiləri ilk görüşdə uduzaraq, mübarizəni dayandırıblar.
Çəki dərəcələrinə müvafiq olaraq, Türkan Nəsirova Kseniya Stankeviçə (Belarus) 2:10, Solmaz Həşimzadə İrina Kuraçkinaya (Belarus) 0:11, Tatyana Omelçenko Oksana Herhelə (Ukrayna) 3:6, Elis Manolova isə Dalma Kanevaya (İtaliya) 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Avropa çempionatının ilk iki gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl, 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb. Ertəsi isə Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir