Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Azərbaycanda daha bir yazar intihar etdi – FOTO

Media-fakt.info BakiPost.aza istinadən xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi məliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir.
R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında Aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bəddi yaradıcılqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. “Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.
Ailəlidir, bir övladı var.
Məlumat üçün bildirək ki, R.Qorxmaz bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı şeirlə gündəmə gəlmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir