Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

“Barselona” Arda Turanın xidmətlərindən 3 həftəyədək məhrum olub

İspaniyanın “Barselona” klubunun və Türkiyə millisinin futbolçusu Arda Turan 3 həftəyədək sıradan çıxıb.
Tibbi müayinə nəticəsində 30 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb.
“Ay-ulduzlular”ın düşərgəsində ikən xəsarət alan Arda Moldova ilə yoldaşlıq görüşünü buraxmalı olub. İndi isə o, La Liqada minimum 4 oyunda və İtaliya “Yuventus”una qarşı Çempionlar Liqasının ilk 1/4 final qarşılaşmasında iştirak etməyəcək. Bərpa prosesi plan üzrə getsə, Turan aprelin 19-da “Yuventus”la cavab görüşünə və ya aprelin 23-də “Real Madrid”lə La Liqa matçına hazır olacaq.
Qeyd edək ki, Türkiyə millisi 2018-ci il dünya çempionatının seçmə qrup oyununda Finlandiyanı 2:0, yoldaşlıq görüşündə isə Moldovanı 3:1 hesabı ilə yenib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir