Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

REAL İlqar Məmmədovun seçki hüqununu itirməsinə dair qərarını məhkəmədə mübahisələndirəcək.

REAL Hərəkatı Mərkəzi Seçki Komissiyasının (MSK) İlqar Məmmədovun seçki hüqununu itirməsinə dair qərarını məhkəmədə mübahisələndirəcək.yiuoplı

Hərəkətın icraçı katibi Natiq Cəfərli BBC Azərbaycancaya bildirib ki, MSK qanunların hərfi mənasında haqlı olsa da, İlqar Məmmədov Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən təqsirsizliyi sübut olunmuş bir şəxsdir.

“Bu səbəbdən biz onun seçkilərdə iştirak etmək hüququnun olduğunu sübut etməyə çalışacağıq”, Cəfərli əlavə edib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşları səbəbilə Musavat partiyasının başqan müavini Tofiq Yaqublu ilə birgə saxlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsi Məmmədov barəsində 7, Yaqublu barəsində isə 5 il müddətinə azadlıqdan məhrumetmə qərarı seçib. Şəki Appelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Ali Məhkəməyə verilən kassasiyası şikayəti nəticəsində isə onlar barəsində qərar ləğv edilib, iş yenidən Şəki Appelyasiya Məhkəməsinə göndərilib.

Yaqublu mart ayında Azərbaycan prezidentinin Əfv Sərəncamı ilə şərti azadlığa buraxılıb.

Aprelin 29-da Şəki Appelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

MSK isə bildirib ki, 29 aprel qərarına qədər Məmmədovun passiv seçki hüququ olub və onun nümayəndələrinə imza vərəqələri, müvafiq seçki sənədləri təqdim edilib, indi isə o, Milli Məclisə seçilmək hüququnu itirib.

“Artıq onun imza toplaması və Dairə Seçki Komissiyasına təqdim etməsi heç bir əhəmiyyət daşımır. Sənədlər təqdim olunsa belə Dairə Seçki Komissiyası məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü və onun faktiki seçilmək hüququnun olmadığını onun diqqətinə çatdıracaq,” APA MSK-nın sözçüsü Şahin Əsədlidən sitat gətirib.

REAL Hərəkatı Məmmədovun namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK və 90 saylı Ağdaş Dairə Seçki Dairəsinə (DSK) aprelin 25-də təqdim edib.

“Biz DSK-ya müraciət edəndə İlqar Məmmədov təqsirləndirilən şəxs idi, məhkum olunmamışdı, amma Şəki Appelyasiya Məhkəməsinin qərarından sonra, aprelin 29-da o, yenidən məhkumluğu olan şəxsə çevrildi,” Cəfərli bildirib.

Hazırda Hərəkat MSK-nın Məmmədov barəsində rəsmi qərarını gözləyir.

“O cavabdan sonra AİHM-ın qərarını da nəzərə alaraq Azərbaycanda bütün məhkəmə instansiyalarına müraciət edərək İlqar Məmmədovun seçkilərdə iştraik etmək hüququnun olduğunu sübut etməyə çalışacağıq.”

Yerli məhkəmələrdə “müsbət bir qərarın olmayacağını” ehtimal edən Cəfərli deyir ki, belə şəraitdə namizədlik məsələsini də AİHM-ə daşımaq istəyirik.

2013-cü ildə Avropa parlamenti Azərbaycan hökümətini Məmmədovu tez bir zamanda azad etmək çağırışıedib.

2014-cü ildə isə AİHM onun həbsinə görə Azərbaycan hökümətini 22 min dollar məbləğində cərimələyib.Məhkəmə hesab edib ki, höküməti tənqid edən İlqar Məmmədov ittiham olunan maddə çərçivəsində sübut-dəlilsiz həbs edilib və qərarının əsas məqsədi onu susdurmaq və ya cəzalandırmaq olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir