
Polis Diktaturaya Qarşı Demokratiya uğrunda Birləşmiş Cəbhənin liderlərinin birinin evində silah anbarı aşkarlayıb.
Anbarda onlarla silah və qumbara olub. Evin sahibi artıq bir neçə ildir ki, axtarışdadır. Olayla bağlı 9 nəfər saxlanılıb.
Qeyd edək ki, Tailandın hazırkı hökuməti 2014-cü ilin mayında hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. (APA)