Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Tramp bir illik maaşını xeyriyyəyə ayıraсaq

ABŞ prezidenti Donald Tramp bir illik maaşını xeyriyyəyə ayıraсaq.

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser məlumat verib.

Trampın illik maaşı 400 min dollardır.

Spayserin sözlərinə görə, Tramp vəsaitin hansı sahəyə yönəldilməsini müəyyənləşdirmək üçün jurnalistlərdən məsləhət istəyib.

Seçki kampaniyası zamanı Tramp prezident maaşından imtina edəcəyini bildirmişdi.

Maraqlıdır ki, biznes karyerası dövründə Donald Tramp bir dəfə də xeyriyyə məqsədilə pul xərcləməyib.

ABŞ-ın keçmiş prezidentləri arasında maaşını xeyriyyəyə sərf edənlər Herbert Quver və Con Kennedi olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir