Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

18 yaşlı Lalə də öldü – Komadan ayılmadı

Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələ Lalə Nəsirzadə dünyasını dəyişib.

Səhiyyə nazirliyindən Femida.az-a verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında vəfat edib. Lalə Nəsirzadə Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin I kurs tələbəsi idi.

Xatırladaq ki, qəza günü Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi – İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova vəfat etmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir