Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Qarabağa gələn 6 erməni yol qəzasında öldü

Mayın 1-də saermeni-esger-meyitat 22.42 radələrində Vardenis-Karçaxnyur avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində 6 nəfər ölüb. Musavat.com bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir. Xilasedicilər hadisə yerində aydınlaşdırıb ki, qəza hadisəsi Vardenis-Ağdərə yolunun 27-ci kilometrliyində “Mersedes” markalı avtomobillə “Kia Sonata”nın toqquşması nəticəsində baş verib.

Nəticədə 1991-ci il təvəllüdlü A.N, 1984 təvəllüdlü M.X, 1986-cı il təvəllüdlü X.M, “Kia Sonata”nın sürücüsü, 1984-cü il-də anadan olmuş sərnişin M.Q və 1987-ci il təvəllüdlü sərnişin yerindəcə ölüb. Ölənlər arasında 10 yaşlı qızın olduğu da deyilir. Yeganə sağ qalan 2 yaşlı körpə isə ağır xəsarətlərlə Vardenis xəstəxanasına yerləşdirilib. Məlumata görə, “Kia” taksi xidməti göstərirmiş. Ölənlərdən üçü bir aiənin üzvləridir. Onlar Ermənistanın Eçmiədzin rayonundan Azərbaycanın işğal altındakı ərazilərinə gəlirmişlər.

Qeyd edək ki, qəza baş verən yol Ermənilərin strateji cəhətdən ən mühüm magistralı hesab edilən, Laçın dəhlizinə alternativ olan yoldur. 115 km uzunluqdakı bu yol 30 kənddən keçir. Ermənilərə 30 milyon dollara başa gələn yol İrəvandan Azərbaycanın işğal altında olan torpaqlarına məsafəni 2 dəfə qısaldıb.

Yayılan xəbərlərdə adların tam açıqlanmaması diqqət çəkir. Məlumata görə, ölənlər arasında Rusiya vətəndaşı da var.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir