Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

ABŞ qızıl medalçıya 22 min, Azərbaycan isə 450 min avro vəd edir

Fransanın məşhur “Le fiqaro” qəzeti bu il Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları ilə bağlı maraqlı dərc edib. Məqalədə deyilir ki, Rioda keçirələcək olimpiya oyunları zamanı yüksək yerlər tutacaq idmançılara təmsil olunduqları ölkədə müxtəlif məbləğlərlə ölçülən mükafatlar vəd edirolimpiada-300x225. Bir neçə gün bundan əvvəl Fransanın idman üzrə dövlət katibi Tyeri Brayillad Fransanı olipiadada təmsil edəcək idmançılara veriləcək mükafatlar haqqında danışıb. O qeyd edib ki, London olimpiadasında olduğu kimi 1-ci yeri tutacaq fransız idmançı 50 min avro, 2-ci yerin sahibinə 20 min avro, 3-cü yerlə kifayətlənəcək idmançıya 13 min avro veriləcək. Dörd il əvvəl Londonda keçirilmiş olimpiadada fransız idmançıları 35 medal qazanmışdılar. Buna görə onlara 999 min avro ödənilmişdi.Qəzet qeyd edir ki, bəzi ölkələr olimpiadada qızıl medal alan idmançılara çox böyük məbləğdə pullar ödəyir. Onlardan biri də Azərbaycandır. Bu ölkə qızıl medal alacaq idmançısına 450 min avro vəd edir. Məqalədə deyilir ki, ABŞ qızıl medal alacaq idmançısına yalnız 22 min avro vəd edir. Ölkə qanunvericiliyinə görə bu vəsaitin 39.6 faizi vergi kimi tutulacaq. Məqalədə daha bir maraqlı fakt qeyd olunur. 2008-ci ildə Pekində keçirilən olimpiadada çoxlu sayda qızıl medal almış Maykl Felps qazandığı medalları satışa çıxarmaq nəticəsində milyonlarla dollar əldə edib və bu vəsaiti xeyriyyə məqsədlərinə yönəldib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir