Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Azərbaycan əhalisinin banklara rubl satışı 10% azalıb

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin noyabr ayında kommersiya banklarına xalis rubl satışı 768 337,7 min təşkil edib. “Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, əhali ötən ilin ilk 11 ayında kommersiya banklarına ümumilikdə 8 525 270,3 min rubl xalis satış həyata keçirib. Oktyabrda əhalinin xalis rubl satışı 849 135,6 min olub. Bununla da noyabr ayında əhalinin kommersiya banklarına xalis rubl satışı oktyabr ayı ilə müqayisədə 9,5% azalıb.
Əvvəlki ilin noyabr ayında isə kommersiya banklarının əhalidən xalis rubl alışı 527 785 min təşkil edib.
Əhalinin xalis rubl satışının azalmasına əsas səbəb kimi turizm mövsümünün bitməsi amili göstərilir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir