Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

“Traktorsazi” “Qəbələ” ilə oyuna qara sarğıda çıxdı – FOTO

Təbrizlilər də qırmızı-qaralar kimi faciə qurbanlarını bu cür anıblar

İranın “Traktorsazi” komandası 20 Yanvar şəhidlərinin xatirəsinə biganə qalmayıb.

“Report”un məlumatına görə, Cənubi Azərbaycan klubunun əvəzedici heyəti Türkiyənin Antalya bölgəsində “Qəbələ”nin müvafiq komandası ilə görüşə qara sarğıda çıxıb.

Təbrizlilər də “qırmızı-qaralar” kimi faciə qurbanlarını bu cür anıblar. Oyundan öncə isə 1 dəqiqəlik sükut elan olunub.

Qeyd edək ki, qarşılaşma “Qəbələ”nin qələbəsi ilə yekunlaşıb – 4:1.

traktor

qebele

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir