Litva Rusiya ilə sərhəddə hasar tikəcək.Bu barədə məlumatı “RİA Novosti” Litvanın Daxili İşlər Nazirliyin bəyanatına istinadən yayıb.
Bəyanatda deyilir ki, Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın inşasına 3,6 milyon avro ayrılıb.
Hasar boyu müasir nəzarət sistemi tətbiq ediləcək.
Bəyanatda qeyd olunur ki, hasar “Çin səddi” olmayacaq. Onun məqsədi ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən malların qarşısını almaqdır. (APA)
Yenifakt.info
Müstəqil xəbərlər portalı