Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Əlövsət Əliyevin Azərbaycan Xalqına və Almaniyada yaşayan soydaşlarımıza müraciəti

Əziz həmvətənlər, Azərbaycanda son bir ildə baş verən hadisələr, müstəqil və müxalif fikirli ictimai-siyasi təşkilat və şəxslərə qarşı repressiyaların yeni dalğasının başladığını göstərir.

Vətəndaşlarımızı himayə və müdafiə etməyə borclu olan hüquq-mühafizə orqanları onları oğurlayır, döyür, işgəncələr verir, qanunsuz saxlayır və ya həbs edir, barəsində qanuna və ədalətə söykənməyən məhkəmə hökmləri çıxarır. İnsanlar qanunsuz silah saxlama, narkotik istifa etmə, dövlət çevrilişinə cəhd və digər ağlasığmaz saxta ittihamlarla azadlıqdan məhrum edilir. Bu cür ittihamlarla həbs edilənlər arasında siyasətçilər, jurnalistlər, bloggerlər, gənc ictimai fəallar, hakimiyyət təmsilçilərinin qanunsuz göstərişlərini icra etməyən müstəqil düşüncə sahibi və ya hakimiyyətə yaxınlığı ilə seçilməyən şəxslər var.

Necə ki, bu yaxınlarda heykələ yazılan “Qul bayramınız mübarək” ifadəsinə görə Qiyas İbrahimov ve Bayram Məmmədova heç bir əsas olmadan 10 il həbs cəzası verildi. Müxtəlif repressiv üsullarla həbs olunumuş ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəmə prosesi bu yaxınlarda başa çatdı. Ittihamçı rolunda çıxış edən, əslində siyasi sifariş yerine yetirən dövlət ittihamçısı həmin şəxslərə çox ağır cəza, hətta bəzilərinə ən ağır cəza – ömürlük həbs istədi.

Fikrimizcə, Nardaran hadisələri 2003-cü ilin məlum oktyabr hadisələrindən sonra ölkədə baş verən ən qəddar repressiv hadisələrdən biridir. İndiyədək Nardaran hadisələri ilə bağlı 70 nəfər şərlənərək müxtəlif müddətlərə həbs edilib. Bu hadisələrdə 6 vətəndaşımız hələk olub. Məhkəmə prosesində baş verənlər aydın göstərdi ki, heç bir əsaslı sübut və fakt olmadan əməliyyat hazırlanıb, qeyri-peşəkar səviyyədə icra edilib. Məhkəmədə baş verənləri diqqətlə izlədik.

Burada narahatlıq doğuran daha bir məqamı ölkəni idarə edənlərin və vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirik. Mühakimə edilənlərin böyük əksəriyyəti gənclərdi. Hesab edirik ki, bu çox cılız, primitiv bir qisasçılıq, cəmiyyətin aktiv kəsiminin gözünü bir növ qorxutmaq aktıdır. Bu cəmiyyətdə qisasçılığı, düşmənçiliyi körükləyən bir aktdır. Bu düşmənçilik kimə və nəyə lazımdır? Siz idarəçilər, məmurlar bu gün və gələcək qarşısında məsuliyyətinizi bəlkə bir daha düşünəsiniz?

Dəyərli həmvətənlər, şərlənib növbəti həbs olunan isə sən ola bilərsən, mən ola bilərəm, sənin və ya mənim övladım və ya valideynim, qardaşım, bacım, dostum, və s. ola bilər. Azərbaycanda bu cür etiraz aksiyalarına başlamaq dərhal şərlənib həbs olunmağa bərabər olduğundan insanlar susur, baş verənlər qanunsuzluqlara adekvat etiraz aksiyaları keçirə bilmirlər.

Biz Avropadayıq, dövlət Ittihamçısı tərəfindən istənilən cəzanın adekvat olmadığı təhsilindən, ixtisasından və peşəsindən asılı olmayaraq hər kəsə bəllidir. Belə olan halda Avropada yasayan, siyasi mənsubiyyətindən asılı olmayaraq hamımız ölkəmizdə aparilan siyasi represiyanı qınamaq üçün 18 yanvar 2017-ci ildə Berlində Azərbaycan səfirliyinin qarşısında toplaşaq.

Müxtəlif bəhanələrlə həbs olunan Nardaran işi də daxil bütün siyasi məhbusların dərhal həbsdən azad olunmasını birlikdə tələb edək. Azərbaycan hakimiyyəti siyasi təqiblərə, qanunsuz həbslərə son qoymasa, Avropada olan bütün Azərbaycan səfirliklərinin qarşısında kütləvi etiraz aksiyalarını davam etdirəcəyik.(insanhaqqlari.wordpress.com)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir