
Videoda deyilir ki, Azərbaycanın müxalif liderlərindən olan İlqar Məmmədov hökumətin nümayişlər və ictimai narazılıqlarla bağlı rəftarını tənqid etdikdən sonra 7 il həbsə məhkum edilib: «Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinin İlqar Məmmədovu həbs etməklə fundamental insan haqlarını pozduğunu müəyyən edib».
Müraciətdə İlqar Məmmədovun həyat yoldaşının bu sözləri əksini tapıb: «Ailəmizdə ənənə var: Hər Yeni ildə yolkanı qızımız və İlqarla birgə bəzəyirik. Artıq neçə ildir qızımız yolkanı bəzəməkdən imtina edir, çünki bunu atasız etmək istəmir».