
“Report” “Reyters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya prokurorluğu məlumat yayıb.
“Saxlanılan şəxs 2016-cı ilin dekabrında Saarbrüken şəhərindən öz telefonu ilə zəng edərək Suriyadakı əlaqəli şəxsdən 180 min avro istəyib. Bu vəsaiti o nəqliyyat vasitələri alıb, partlayıcı qurğu ilə təchiz edib əhalinin sıx olan yerlərinə sürmək üçün istiyib”, – prokurorluğun yaydığı məlumatda deyilir.
Adı açıqlanmayan həmin şəxs İŞİD-lə əlaqəsinin olduğunu təsdiqləyib. Lakin o pulu terror aktı törətmək üçün deyil, Suriyadakı ailəsini dolandırmaq üçün istədiyini bildirib.