
2016-cı ildə Azərbaycanda yaşayış minimumu 136 manat olub. 2015-ci illə müqayisədə o, cəmi 5 manat və ya 3,67% artıb. 2017-ci ildə yaşayış minimumunu 13,97% və ya 155 manatadək artırmaq təklif olunur. Manatın davam edən ucuzlaşması tendensiyası (o, 2015-ci ilin fevralından 2,14 dəfə qiymətdən düşüb) ilə bağlı yaşayış minimumunun artırılması öz aktuallığını qoruyacaq, çünki onu inflyasiya onu hələ parlament təsdiq edənədək “yemişdi”.
Hökumət son iki böhranlı ildə vəziyyətin sabitləşdirilməsi və ya inflyasiyаnın ailə büdcələrinə, xüsusən sayı sürətlə artan aztəminatlılara təsirini yumşaltmaq üçün heç nə təklif edə bilmədi. Ekspertlərin məlumatına görə, əhalinin strukturunda kasıbların sayı 5%-dən 22%-ə artıb.