Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Bayram gecəsi İstanbulda qanlı terror törədilib

Bayram gecəsi İstanbulda qanlı terror törədilib.
Media-fakt.info Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Ortaköy bölgəsində “Reina” adlı məşhur gece klubuna silahlı hücum edilib. İlkin məlumata görə, yerli vaxtla saat 01.15 radələrində “Şaxta Baba” geyimində olan 3 silahlı terrorçu gecə klubuna daxil olaraq, hər tərəfə atəş açmağa başlayıb.
Həmin vaxt klubda  çoxusu gənclər olmaqla, 800 nəfərə yaxın insan olub. İlkin məlumatlara görə, silahlı hücum nəticəsində 1 polis, 34 mülki vətəndaş öldürülüb, 40-dan çox insan yaralanıb. Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub. Terrorçuların barın içərisində gizləndiyi ehtimal olunur.
Olay yerinə gələn İstanbul valisi Vasip Şahin 35 nəfərin öldürüldüyünü, 40-dan çox yaralının olduğunu təsdiqləyib. Əməliyyat davam edir.
Ölü sayının arta bilməsi ehtimalı var.
Türkiyə mediası bildirir ki, terrorçular ərəbcə danışırmışlar və bu da terroru İŞİD terror təşkilatının törətməsi versiyasını gücləndirir.
****
Türkiyədə baş verən terror olayına ABŞ prezidenti Barak Obama reaksiya verib. B. Obama açıqlamasında Türkiyəyə terrorla mübarizədə yardım təklif edib.
***
Türkiyə prezidenti R.T. Ərdoğan baş verən terrorla bağlı üzüntü duyduğunu və gəlişmələri yaxından təqib etdiyini bildirib. O, Türkiyənin baş nazirindən, İstanbul valisindən və hüquq mühafizə orqanlarından bilavasitə məlumatlar alıb.
***
Terror baş verən məkanın sahibi Türkiyə mediasına deyib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi gecə klubuna qarşı teror hazırlandığı barədə onları xəbərdar edibmiş. Məhz bu xəbərdarlıqdan sonra Türkiyənin təhlükəsizlik qüvvələri həmin məkana dair dənizdən və qurudan olası hucumlara qarşı önləmlər alıblar. Lakin, göründüyü budur ki, həmin önləmlərin faydası olmayıb.  

İstanbuldakı gecə klubu terrorunu hadisə şahidi anladır - detallar Gecə kulubuna əylənməyə gəlmiş bir qadın dəhşətli anlardan danışıb.

Terror nəticəsində yaralanan ərini xəstəxananın qarşısında gözləyən hadisə şahidi Sinem Uyanık başına gələnləri belə nəql edib: “İnsanlar birdən üstümdən keçməyə başladılar. Adamları üstümdən siyırıb yerdən ayağa qalxdım. Polisə zəng etdim. Telefona cavab verən polis dedi ki, yerinizdən tərpənməyin, yoxsa öldürülə bilərsiniz. Hər yeri barıt iyi götürmüşdü. Mənim qorxudan ürəyim gedib, ayılanda isə 3 güllə yarası alan ərim qan içində yerdə yatırdı. Yerdə çoxlu yaralı var idi. Təcili yardım maşınları ilə xəstəxanaya gəldik”.

 Silahlı basqının görüntüləri təhlükəsizlik kamerasında. 



LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir