Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Cəbhədə ağır döyüşlər: itkilər var YENİLƏNİR

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcək.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 hərbçi itirdiklərini açıqlayıb.

***

Ermənistanın Müdafiə Nazirliyi cümə axşamı Azərbaycan tərəfinin “diversiya cəhdi” barədə məlumat yayıb.

Məlumatda iddia olunur ki, dekabrın 29-da səhər Azərbaycan əsgərləri Ermənistanın Tavuş rayonu Çinari kəndi ərazisinə keçməyə cəhd ediblər, Ermənistan ordusunun əsgərləri onlarla döyüşə girib.

Bu barədə Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözmüsü Artsrun Ovannisyan məlumat yayıb.

Onun bildirdiyinə görə, snayperlərin və qumbaraatanların istifadəsi ilə döyüç davam etməkdədir.

Ovvanisyanın yazdığına görə, “Ermənistan silahlı qüvvələri vəziyyətə nəzarət edir”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna məlumatdan xəbərdar olduqlarını, amma rəsmi məlumat olmayınca heç nə deyə bilməyəcəklərini bildirdilər.

İTKİLƏR VAR

“Çinari kəndi yaxınlığında döyüş davam edir, hər iki tərəfdən ölən və yaralanan var”.

Bunu isə AzadlıqRadiosunun Ermənistan xidmətinə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin İnfprmasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gevorq Altunyan deyib.

Ermənistan tərəfi tezliklə bununla bağlı rəsmi məlimat yayacağını deyir.

O deyib ki, “hələ ki məlumat dəqiqləşdirilir, amma güman ki, Ermənistan tərəfdən itkilərin olması məlumat təsdiqini tapacaq”.

Altunyan iddia edir ki, “əlbəttə ki, Azərbaycan tərəfindən ölən və yaralanan var.”

Qeyd edək ki, bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində hərbi toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla hərbçi həlak olub.

Azərbaycan həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad olunduğunu bildirir.

Aprelin 5-də isə tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər.

Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini münaqişəni qızışdırmaqda ittiham edir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir