
Eyni zamanda, məlumatda qeyd edilib ki, qaz kəmərində qəzanın səbəbləri araşdırılır, bir neçə versiya var. Qəzanın mümkün səbəbləri arasında 2002-ci ildə istismara verilmiş qaz kəmərinin qaynaq və ya materiallarının keyfiyyətinin aşağı olması, habelə boru kəmərinin aqressiv mühitdə və sürüşmə zonasında aşınması göstərilir.
Qaz kəmərində partlayışdan sonra yanğın başlayıb, bir neçə saat sonra yanğın söndərilib. Rəsmi məlumatlara görə, tələfat və zərərçəkən olmayıb. SOCAR 2 gün sonra qaz kəmərini bərpa etməyi vəd edib.