
Bu barədə ADU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev universitetin Rektoryanı Şurasının iclasında Ə.Abdullayevi kollektivə təqdim edib