
19 yaşlı gənc xəstəxanada özünü öldürmək məqsədi ilə bədən nahiyəsinə iki bıçaq zərbəsi vurub. Nəticədə o, ağır xəsarət alıb və 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.M.-nın yaxınlarının dediyinə görə, o, anası ilə dəfələrlə mübahisə edib. Nəticədə anası onu 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya göndərib. Onun anası Təcili Təxirəsalınmaz Yardım Xidmətində həkim kimi fəaliyyət göstərir. Faktla bağlı araşdırma aparılır.