Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Sərnişin avtobusu “Schacman” markalı yük maşını ilə toqquşub,xeyli yaralı var.

avtobus qezaHadisə Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ ərazindən keçən hissəsində qeydə alınıb.

Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu “Schacman” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-u xəstəxanalara yerləşdirilib, digərlərinə isə ilk tibbi yardım göstərildikdən sonra  buraxılıblar.

Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı Gürcüstan vətəndaşlarıdır. Həmin şəxslərin adlı siyahısı:

1.Pərvanə Qaradalova 36 yaş

2. Rəfayel Aslanov 52 yaş

3. Mahir Aslanov 22 yaş

4. Kanan Abdullayev 23 yaş

5  Emin Məmmədov 33 yaş

6. Əbülfəz Şəmsiyev 28 yaş

7. Azər Meyxanov 41 yaş

8. Naib İsaqov 22 yaş

9. Ruslan Rəhimov 8 yaş

Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir