Vitse-spiker cəmiyyətə xəbərdarlıq edərək “hər kəs ayağını yorğanına görə uzatmalıdır” – söyləyib.

“Politika”-nın məlumatına görə bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
O, qeyd edib ki, gələn ilin dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlanıb.
Vitse-spiker cəmiyyətə xəbərdarlıq edərək “hər kəs ayağını yorğanına görə uzatmalıdır” – söyləyib.
“Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”.