
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin səhhətində problem yaranıb. O, 16 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə yerləşdirilib. Bu barədə Meydan TV-yə oğlu Turan İbrahim məlumat verib. Bildirib ki, atası neçə müddət imiş ağrılardan şikayətlənirmiş. Həkimlər müayinə ediblər. Məlum olub ki, beyninə qan yaxşı işləmir:
“İynə, dərman yazıblar. 20 gün orada müalicə alacaq”.
M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub.
Bundan sonra M.İbrahimə ittihamı ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.
Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.