Az əvvəl qond
arma “DQR müdafiə nazirliyi” təmas xəttinin Ağdərə-Tərtər istiqamətində daha bir erməni əsgərinin öldürüldüyünü açıqlayıb.

Bu, 1970-ci ildə anadan olmuş Hamlet Qacoyandır. Onun Azərbaycan mövqelərindən açılan atəşlə vurulduğu bildirilir, ancaq tamamilə mümkündür ki, söhbət əslində aprelin 2-dən 5-nə qədər gedən döyüşlərdə öldürülmüş düşmən əsgərlərinin daha birinin cəsədinin üzə çıxarılmasından gedir.