Vicdan məhbusu, “Azərbaycan saatı” TV proqramının aparıcısı, “Azadlıq ” qəzetinin siyasət şöbəsinin müdiri, AXCP sədrinin müavini Seymur Həzinin səhhətində ciddi problemlər yaranıb. Lakin ona heç bir tibbi yardım göstərilmir. Bu haqda Seymur Həzinin xanımı Nigar Həzi məlumat yayıb:
“Bu gün Seymurla danışdım. Bir müddətdir ki, Seymurun səhhətində yaranan problemlər daha da artmağa baslayib. Revmatizm ağrılarının şiddətlənməsinə baxmayaraq saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi heç bir addım atmır. Biz Seymurun bu həftə xəstəxanaya göndəriləcəyini gözləyirdik. Ancaq göndərilmədi. Seymur qeyd etdi ki, onunla bağlı yaranan bütün xoşagəlməz hallara görə hakimiyyət məsuliyyət daşıyır”.