Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Bakıda fəhlə binadan yıxılaraq ölüb

fehle-yixildi-300x198Bakıda ikinci mərtbədən yerə yıxılan 67 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində baş verib.

Orada tikinti aparılan binada fəhlə kimi çalışan 1949-cu il təvəllüdlü Əkbərov Tariyel Bəhrəm oğlu ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb. Ağır xəsarət alan T.Əkbərov xəstəxanaya çatdırılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir