
Toner bu sanksiyaların yalnız Krımın Ukraynaya qaytarılacağı təqdirdə ləğv olunacağını bildirib.
Onun sözlərinə görə, Dövlət Departamenti Rusiyanın Ukraynanın şərqindəki addımları ilə bağlı mövqeyini dəyişməyib:
“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Rusiya qoşunlarını Krımdan geri çəkmədən və yarımadanı Ukraynaya qaytarmadan sanksiyalar da aradan qalxmayacaq. Rusiya ilə bağlı digər sanksiyalara gəlincə, onların da ləğvi Minsk sazişinə əməl etməkdən keçir».