Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Şahbaz Xuduoğlunun ofisindən oğurluq edən şəxslər tutulub

?????????????
?????????????

Bakıda oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən dəstə zərərsizləşdirilib.

Nəsimi rayon Polis İdarəsindən həyata keçirilən əməliyyat tədbirlər nəticəsində saxlanılan dəstə üzvləri – Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri – əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri – Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimovdur.

Onlardan heroin və tiryək aşkar edilərək götürülüb.

Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus “Nəşriyyat evi”ndən 4200 manat pul oğurlamaları, habelə Vüqar Səlimovun sentyabrın 26-da “Qanun Nəşriyyatı” MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması müəyyən edilib.

Qeyd edək ki, Vüqar Səlimov “Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışır. (apa)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir