Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Saxlanılan HDP-çilər haqda qərar verildi: Liderlər həbsdə qaldı

demirtas-300x171Dünən gecə saxlanılan HDP-çilərdən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ haqqında həbs qərarı çıxarılıb.

HDP-çi deputat İdris Balukan, Nursəl Aydoğan, Leyla Birlik və Gülsər Yıldırımın da həbsdə qalmasına qərar verilib.

Saxlanılan deputatlardan Sırrı Süreyya Önder, Ziya Pir və İmam Taşçıer sərbəst buraxılıb.

Azadlığa çıxandan sonra BBC Türkcəyə açıqlama verən Sırrı Süreyya Önder bu həbsləri sivil, siyasi iradəyə vurulmuş ağır zərbə kimi qiymətləndirib.

Sərbəst buraxılmasının onun üçün böyük məna ifadə etmədiyini deyən deputat baş verənlərin birgə yaşam (kürdlər və türklər) ümidini zədələdiyini bildirib.

Qeyd edək ki, həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir