Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

“Cumhuriyyet” qəzetinin baş redaktoru və qəzetin əməkdaşları saxlandı

cumhuriyyet-300x169Türkiyədə “Cumhuriyyet” qəzetinin baş redaktoru Murat Sabunçu saxlanıb. Bu barədə “CNN Türk” və dikər KİV vasitələri xəbər yayıb.

Redaksiya rəhbərliyi və əməkdaşların evinlərində axtarış aparılır. “CNN Turk”ün məlumatına görə, həmçinin 13 nəfərin həbsinə order verilib. Qəzetin hazırda xaricdə olan baş direktoru Akina Atalay da onların arasındadır.

“Milliyet.com” artıq onlardan 9-nun həbs edildiyi xəbər verir.

Prokurorluq qəzeti PKK və 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda günahlandırır.

“Cumhuriyyet”qəzeti 1924-cü il mayın 5-dən dərc olunur.

Qəzetin əməkdaşları 15 iyul qiyamından əvvəl də hüquq-mühavizə orqanları tərəfindən təqib olunurdu.

Keçmiş baş redaktor Can Dundar ilin əvvəllərində dövlət sirrini yayma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

Həmin yazı Türkiyənin Suriyada keçirdiyi əmliyyat barədə idi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir