
İnsan hüquqları müdafiəçisinin sözlərinə görə, buna səbəb ölkəni tərk edənlərin getmə səbəblərində səmimi və dürüst olmamasıdır. Anar Məmmədli daha sonra yazır: “Tövsiyyə edərdim ki, ciddi və tutarlı siyasi və hüquqi əsaslar olmadan siyasi sığnacaq üşün müraciət etməyəsiniz, uğursuz cəhdiniz sizin özünüz və ailəniz üçün havayı vaxt itkisi ola bilər.
İqtisadi səbəblərdən ölkəni tərk etmək istəyənlərin getdikcə çoxalması üzücü olsa da, anlaşılandır. Ancaq bu cür səbəblər siyasi amillərlə “bəzənməməlidir””.