Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Qəhrəman pilotların meyitləri qaytarıldı

Sabah səhər saatlarında onıarın dəfn mərasimi keçiriləcək430e46a1b463dda8c6041565d1095301

Ermənistan silahlı birləşmələri ilə son döyüşlərdə şəhid olan həbçilərimizin meyidləri geri alınıb. ANS TV-nin məlumatına görə, meyitləri qaytarılanlar arasında cəbhədə qəhrəmancasına şəhid olan pilotlarımız da var.

Proses bu gün  beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə olunan qarşılıqlı razılaşmaya əsasən baş tutub.  Razılaşmaya əsasən hər iki tərəfin nəzarətində qalan hərbçilərin meyitləri  qoşunların təmas xəttindən qaytarılıb.

Bu barədə  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasındanməlumat verilib. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi bu gün baş tutan proses barədə ANS-ə açıqlama   verib.

“Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə təmas xətində meyitlərin götürülməsi prosesi baş verib. Bundan əvvəl də BQXK vasitəçiliyi ilə əməliyyat keçirilib. Bu əməliyyatın da nəticəsi olaraq münaqişə tərəfləri meyidlərini döyüş meydanındangötürə bilib”,- deyə BQXK ictimayətlər əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseyinova bildirib.

Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub. Meyitləri qaytarılanlar arasında cəbhədə qəhrəmancasına şəhid olan pilotlarımız da var. Bu saatlarda onların nəşi ailələrinə təhvil verilib. Səhər saatlarında dəfn mərasimləri keçiriləcək. Allah şəhidlərimizə rəhmət eləsin!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir