Venesuela Bolivar Respublikasının prezidenti Nicolas Maduro oktyabrın 21-də Azərbaycana gəlib.
Venesuela prezidentinin Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, İran və Qətərə də səfər edəcəyi bildirilirdi.
Oktyabrın 20-dən başlayan dörd günlük turnenin məqsədinin neft ixracını azaltmaqla bağlı danışıqlar aparmaq olduğu söylənir.
***
Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.
Bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilir. Səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.
Məlumatda deyilir ki, o əvvəlcə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə də gedəcəyi planlaşdırılır.
Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək. (Report)