Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Koalisiya qüvvələri Yəməndə üsyançıların mövqelərinə zərbələr endirib

2cba1720-488e-4aaf-9075-7c1d089fe79d_292Ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada üsyançı husilərin mövqelərinə növbəti dəfə zərbələr endirib.

Bu barədə “Əl-Məyadin” telekanalı məlumat yayıb.

Məlumata görə, zərbələr paytaxtın şərqindəki “Əl-Həfa” hərbi düşərgəsinə endirilib. İtkilər barəsində məlumat verilmir.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələriilə üsyançı “Ənsar Allah” hərəkatı arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 2015-ci ilin martından qarşıdurma daha da aktib fazaya keçib.(Report)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir