
“Növbəti səfəriniz çərçivəsində ümid edirəm ki, baş çəkəcəyiniz Rusiya regionlarından biri – Həştərxan olacaq. Bu region Şimal-Cənub nəqliyyat dəhlizində əsas logistika mərkəzi olacaq. Bu hab Rusiyanın sənaye mərkəzlərindən yük axınlarını Xəzər dənizi vasitəsilə İran limanları və digər istiqamətlərə göndərməyə imkan verəcək. Əlbəttə, buraya Hindistanın limanları da cəlb oluna bilərlər”, – deyə D.Manturov qeyd edib.
Rusiyalı nazir qeyd edib ki, bunun Rusiya və Hindistan arasında ticarətin həcminin artırılması üçün böyük potensialı var: “Şirkətlərimiz barədə danışsaq, onlar Mumbai və Dehli ilə irimiqyaslı layihələrin irəliləməsinə nail ola bilərr”.