Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Bakıda faciə: kran aşdı, daşlar küçədən keçənlərin başına töküldü

yardim-300x189Bakıda tikintidə qəza baş verib. Nəsimi Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.

Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib. (APA)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir