Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Problemli kreditlər aybaay artır

sigorta-kredit-300x1952016-cı Avqust ayının sonuna banklarda problemli kreditlərin həcmi1 milyard 592,9 milyon manat təşkil edib. Bu, cəmi 16 milyard 839,7 milyon manat olan cəmi kredit qoyuluşlarının 9,5%-nə bərabərdir.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, problemli kreditlər İyul ayının sonu ilə müqayisədə 88,5 milyon manat artıb. İyulun sonunda problemli kreditlər 1 milyard504,4 milyon manat idi.

2015-ci ilin əvvəlində problemli kreditlərin həcmi təxminən 1 milyard manat idi (976,3 milyon manat). Ötən müddət ərzində problemli kreditlərin həcmi 600 milyon manatdan çox artıb. Artımın 278 milyon manatı 2016-cı ilin payına düşür.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir