Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Mingəçevir hadisələrindən sonra yerli jurnalistə basqılar artıb”

Ragif Məlikov: “Dedilər ki, onsuzda çoxdan adın qara siyahıdadır”

Mingəçevir hadisələrindən sonra iqtidarın azad media üzərinə basqısı bir az da artmış kimi görünür. Kanal13-ün qərb bölgəsi üzrə əməkdaşı Vüqar İsmayılovun həbsindən sonra indi də Mingəçevir bölgəsi üzrə əməkdaşı Raqıf Məlikova qarşı basqılar artmaqdadır. O, rayondakı kütləvi etirazlar barədə mediaya məlumat verdikdən, o cümlədən Kanal13-ə video informasiyalar ötürdükdən sonra Mingəçevir şəhərində ona məxsus optika mağazasına tez-tez vergi işçilərinin gəlişindən və ona işləmək imkanı verməməkdən Ragif 1şikayətlənir. Regional müxbirin sözlərinə görə bir neçə dəfə ona tanımadığı nömrədən zənglər olub və hədə qorxu gəliblər. Polis olduğunu ehtimal etdiyi mülki geyim iki nəfər isə ötən gün saat 16 radələrində mağazaya gələrək ona “ağıllı” olmağı və proseslərə qarışmadan çörəyini qazanmağı tövsiyyə ediblər: “Mən bu iki nəfəri Mİngəçevirdə heç vaxt görməmişdim” – deyə Ragif Malikov bildirir: “Məncə onlar rayona xalqın etirazını yatırmaq üçün gətirilmiş xüsusü dəstənin üzvlərindən idi. Ehtimal edirəm ki, bəlkə də mülki geyimli polislər idilər. Günün günorta çağında məni hədələyib getdilər. Dedilər ki, video material çəkib yayırsan qəzetlərə, mediaya. Elə etmə ki, bir gün də sənin özünü çəkib yaysınlar. Uşaqlarına yazığın gəlirsə dilini sakit qoy, gördüklərini də yaddan çıxart. Dedilər ki, onsuzda çoxdan adın qara siyahıdadır”.

Raqif Məlikov onların mağazadan çıxarkən isə qapının qarşısına qöyduğu stendi vurub aşırtdığını söylədi: “Stendə də bir təpik vurub getdi qara eynəkdə olan, dedi ki, bir də bura gəlməyəcəyik, sənin başına torba keçirib gətirəcəyik”.

R. Məlikov Mingəçevirdə Bəhruz Hacıyevin yerli polis şöbəsində ölümündən sonra olan etiraz aksiyasının ardından xeyli adamın polisin eləcə də, vergi orqanlarının təzyiqi ilə üzləşdiklərini deyir: “Kimi etiraz aksiyasında öldürülən Bəhruz Hacıyevin müdafiəsi üçün iştirak edibsə, video çəkilişlərə baxıb tanıyırlar, sonra da gəlib camaata hədə qorxu gəlirlər, eləsi var aparıb polsidə saxlayırlar, kiçik biznesi olanları vergidən gəlib min bəhanə ilə cərmələyirlər, pulunu alırlar, incidirlər. Vallah başımı itirmişəm, mən pis bir söz demirəm ki, deyirəm ki, haqq – ədalət olsun da bu ölkədə. Niyə camaatln cavan balasını polis idarəsində döyüb öldürməldiir ki? Adamı yandırır. Etiraz etmək istəyəndə də dərini boğazından çıxarmaqla hədələyirlər”.

Raqif Məliov daha əvvəl adının polisin qara siyahısında niyə olması ilə bağlı sualımızı da cavablandırıb: “Mən ehtimal edirəm ki, bu mənim idarə heyətinin üzvü və Mingəçevir regional bölməsinin rəhbəri olduğum İctimai Vəkillik İnstitutu adlı qeyri hökümət təşkilatındakı fəaliyyətimlə bağlıdır. Ədliyyə Nazirliyi təşkilatı qeydə almayanda biz bütün müvafiq məhkəmə instansiyalarlına müraciət etdik və sonra da işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdik. Onda yaşadığım ərazi üzrə sahə müvəkkili mənə xəbərdarlıq etmişdi ki, “haqqında məlumatlar gəlir, özünü yaxşı aparmırsan, adın qara siyahıya düşəndən sonra səni heç kim xilas edə bilməyəcək”. Jurnalist indiki təzyiqlərin də hələ bir müddət əvvəlki olaylarla bağlı olduğu qənaətindədir.

Qeyd edək ki, R. Məlikov jurnalist fəaliyyəti ilə yanaşı həm də regionda kiçik sahibkarlıqla məşğul olur.

  Media-fakt.info           27.09.2015                                                            A. Malik

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir