Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahının rəhbəri Kori Levandovski qadın jurnalistə hücum etdiyi üçün həbs olunub.
Avropa.info xəbər verir ki, Florida ştatının Jupiter şəhər polisi bildirib ki, Livandovski seçicilərlə görüşdə milyarderə sual vermək istəyən “Breibart” qəzetinin jurnalisti Mişel Fildsin əlindən tutub.
Məlumata görə seçki qərargahının rəhbəri məhkəmə iclasına gəlməyə söz verərək, polisdən buraxılıb. O, 4 may tarixində məhkəmədə iştirak etməlidir.
Trampın adamı qadın jurnalistə qarşı zor işlədib. Qadının əlində qan və göyərmə izləri buna sübutdur. Mişel Filds görüntüləri “Twitter” hesabında yerləşdirib.
Tramp öz adamının tərəfini tutaraq, baş verənləri uydurma adlandırıb. Daha əvvəl Trampın mühafizəsi seçicilərlə görüşü çəkmək istəyən fotojurnalisti yerə yıxaraq, döymüşdülər.