Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət Xəbərlər

ABŞ ReAl-çıların həbsindən “narahatdır”

ABŞ avqustun 12-si müxalif ReAl Hərəkatının icraçı direktoru Natiq Cəfərlinin həbsindən narahatdır, Dövlət Departamentinin rəsmi saytında qurumun sözçüsü Mark Toner-in adından dərc olunan bəyanatda deyilir.

Beynəlxalq hüquq-müdafiə təşkilatı olan Amnesty İnternational da “Siyasi fəallara qarşı ittihamlar dayandırılsın” başlıqlı yazı ilə ReAl Hərəkatı üzvlərinin həbsinə münasibət bildirib.

Qurum yaydığı bəyanatda deyib ki, Azərbaycan rəsmiləri Elşən Qasımov, Toğrul İsmayılov və Natiq Cəfərliyə qarşı ittihamları dərhal dayandırmalı, onlar dərhal və qeyri-şərtsiz azad olunmalıdırlar.

“Müxalif qrup olan ReAl-ın üç siyasi fəalının həbsi Azərbaycan hakimiyyət orqanlarının ölkədə azad ifadə və assosiasiya üzərindəki davamlı sərt münasibətinin sonuncu nümunəsidir”, qurumun yaydığı bəyanatda deyilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir