Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İran Türkiyəyə turist səyahətlərinə olan qadağanı ləğv edib.

İran Türkiyəyə turist səyahətlərinə olan qadağanı götürüb

 İran Türkiyəyə turist səyahətlərinə olan qadağanı ləğv edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Kasemi məlumat verib.
“Türkiyə tərəfinin İrandan turist səfərlərinin bərpası ilə bağlı istəyini və Türkiyənin bu məsələdəki marağını nəzərə alaraq, Türkiyə tərəfinin öhdəsinə düşən bütün lazımi öhdəlikləri yerinə yetirməsi şərti ilə İran bu ölkəyə turist səyahətlərinə tətbiq edilən qadağanı aradan götürür”, – deyə B.Kasemi bildirib.
Qeyd edək ki, İran iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra Türkiyə ilə hava əlaqəsini kəsmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir