Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Deputatın milyonluq villasının görüntüləri yayıldı FOTO VİDEO

deputat-villaTahir Süleymanov dəbdəbəli villasının yaxınlığındakı məsciddə azan verilməsini qadağan edib

Tanınmış blogger Mehman HüseynovŞabranın deputatı Tahir Süleymanovun bu rayonda yerləşən dəbdələi villasını lentəalaraq “Sancaq” adlı facebook səhifəsindəpaylaşıb. Mehman Hüseynov videoda villanın necə tikilməsi barədə də danışıb.

O, bildirib ki, deputatın villasının yerində kasıb bir ailənin evi varmış. Lakin rayon rəhbərliyi həmin ailəyə deyib ki, yaxınlıqda məscid olduğuna görə ev sökülməlidir. Bildiriblər ki, məscidin yanında ev tikilə bilməz. Ev söküləndən sonra Tahir Süleymanov həmin ərazidə özünə dəbdəbəli villa inşa etdirib.

Mehman Hüseynov videonu paylaşarkən belə bir qeyd də yazıb: “Dünən getmişdim Şabrana. Oradan saxta yol ilə seçilən deputatın villasını çəkdim. Buna görə onun qohumları məni tutmuşdular. Mənə dedilər ki bu videonu sil və heç yerdə yayma Sənənə lazımdı verək (rüşvət). Imtina elədim! Təpələrinə dəysin pulları! Apardılar məni polis idarəsinə. Orda da tələb elədilər ki deputatın evini çəkməyim, yaymayım! Rüşvətlə, polislə məni susdura bilməzsiniz!

Bir deputatın villasını və özbaşnalığını çəkdik, buna görə baxın bizim başımıza nəoyunlar açıblar. Bunu televiziyalar görsətmir!

Saxta deputatın şirin yuxusu və məsciddə qadağan olunmuş azan səsi!

Allahın evinə baxın və “Millət vəkilinin” evinə baxın”.

Azadlıq”a daxil olan məlumata görə, Şabranın mərkəzində, icra hakimiyyətinin yaxınlığında fəaliyyət göstərən “Günel” şadlıq sarayı da Tahir Süleymanova məxsusdur. Məlumatda bildirilir ki, şadlıq sarayı deputatın nəvəsinin adını daşıyır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir