Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Bu, Azərbaycan üçün zərbə olacaq”

wsjAzərbaycandan qaz ixrasının hesabına Rusiyadan təbii qaz nəqlindən asılılığı azaltmaq barədə Avropa İttifaqının planları Ankara və Moskva arasındakı son razılaşmalar baxımından təhlükə altına düşə bilər. Bu barədə The Wall Street Journal  qəzetində dərc olunan məqalədə deyilir.

“Rusiya və Türkiyə  onları birləşdirən qaz kəməri üzərində işi bərpa etmək niyyətində olduqlarını nümayiş etdiriblər ki, bu da Rusiya qazından asılılığın azalması ilə bağlı Avropa İttifaqının səylərini heçə endirə bilər”, -nəşr yazır.

Türkiyə və Rusiya liderləri çərşənbə axşamı Sankt-Peterburq görüşündə “işarə ediblər ki, “Türk axını” qaz kəmərinin mümkünlüyü yenidən ortaya çıxıb”.

“Bu, Azərbaycan üçün zərbə olacaq. Prezident İlham Əliyev bildirib ki, öz ölkəsini iri qaz ixracatçısına çevirmək istəyir”.

Azərbaycan və Aİ rəsmi şəxsləri Azərbaycan qazının Türkiyə və Yunanıstan vasitəsilə İtaliyaya nəqli üçün “Cənub” qaz dəhlizinin inkişafının üstünlükləri barədə danışıblar.

“Cənub” qaz dəhlizinin inşası artıq aparılır və Avropaya ilk təbii qaz nəqli 2019-cu ilin sonlarında gözlənilir.

Lakin əgər “Türk axını” işə düşərsə (o da 2019-cu ilədək hazır olmalıdır) ola bilsin ki, “Cənub” qaz dəhlizinin tutumunu genişləndirməyin mənası olmasın”, – nəşr qeyd edir.

Öz növbəsində Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu TRT telekanalına bildirib ki, Sankt-Peterburqda TANAP və “Türk axını” qaz kəmərlərinin mümkünlüyü məsələsinə baxılıb.

Rəsmi Bakı hələlik bu məlumatı şərh etmir.   TANAP “Cənub” qaz dəhlizinin əsas halqasıdır ki, bununla Azərbaycan qazı Türkiyə və Avropaya nəql ediləcək. (contact.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir