Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Gündəm İctimai İdman İnsan haqları Xəbərlər

Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna 5 milyon manat ayırıb

Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev dövlət başçısının Ehtiyat Fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat (2,5 milyon  avro) ayrılması haqqında sərəncam imzalayıb.

Sənədin preambulasında qeyd olunur ki, bu qərar klubun Konfrans Liqasında qrup mərhələsində uğurlu çıxışı və pley-off mərhələsinə keçməsilə əlaqədar qəbul edilib.

Xatırladaq ki, bu gün dövlət başçısı “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir