Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Hadisə İnsan haqları Müsahibə Siyasət Xəbərlər

Separatçıların tədbirinə imkan verilməməlidir.

Bu barədə iqtisadçı-alim və ictimai-siyasi xadim Qubad İbadoğlu facebook üzərindən status paylaşıb

Sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etməyə hazırlaşır. Belə ki, 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentin spikeri Alen Simonyanla görüşüb, onu və parlamentindəki bütün fraksiya rəhbərlərini qondarma “müstəqillik günü”nə dəvət edib. Bildirir ki, sentyabrın 1-də qondarma “parlamentin” xüsusi iclasını keçirərək, “müstəqillik günü” qeyd edəcəklər.Hesab edirəm ki, Azərbaycan hakimiyyəti özünü görməməzliyə və eşitməməzliyə vurmamalı, DİN, MTX, Baş prokurorluq separatçıların əleyhinə sərt mövqe qoymalı və birgə etiraz bəyanatı verməlidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir